DİN: 17 cinayət `isti izlər`lə açılıb


01:42     28 Oktyabr 2017 2015-04-18-13-48-08din-nazirlik-full-liderxeber-6401.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 96 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 31 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 698